La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
“Atletik” baş məşqçisi Ernesto Valverdeylə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
59 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən 2024-cü ilin yayına kimi İspaniya klubuna rəhbərlik edəcək. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
Əvvəllər də “Atletik”ə rəhbərlik etmiş Valverde bu mövsümün əvvəlində yenidən Bilbabo təmsilçisinə qayıtmışdı. Komanda bu mövsüm onun rəhbərliyi altında meydana çıxdığı 26 oyunda 14 qələbə qazanıb, 5 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Atletik” bu mövsüm La Liqada keçirdiyi 21 oyunda 32 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin