Xavi: “İngiltərə klubu bizim üçün çətin rəqibdir”
“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının pley-off mərhələsinin oyunundan öncə “Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haqın işindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi, niderlandlı mütəxəssisi tərifləyib:
“Ten Haq əla məşqçidir. Mən həmişə inanmışam ki, “Mançester Yunayted”də dəyişiklik etmək asan olmayacaq, amma o bunu edir. Klub və azarkeşlər oyun tərzinə görə bir daha həyəcanlandılar. Ten Haq komandasında hücum oyununu, müdafiə oyununu dəyişdi və hamısı çox yaxşı işləyir. Ona görə də, İngiltərə klubu bizim üçün çətin rəqibdir. O, çox maraqlı məşqçidir. Məncə, o, böyük işlər görür.
Ten Haq məşqçi kimi hücum futbolunu sevir və əksər oyunları da bunu təsdiqləyir. Əminəm ki, o, bu cür futbolu sevən məşqçilər üçün etalondur”.
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Barselona” – “Mançester Yunayted” matçı fevralın 16-da keçiriləcək və saat 21:45-də başlayacaq.
Bizi Facebook-da izləyin