Avroliqa: MY “Barselona” üzərində qələbəni əldən verdi

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə keçirilib.

Ən maraqlı qarşılaşma İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turnirin favoritləri sırasında göstərilən İtaliyanın “Yuventus” klubu isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

Avropa Liqası, pley-off mərhələsi

İlk oyunlar

16 fevral

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2
Qol:
 M.Alonso, 50. Rafinya, 76 – Reşford, 52. Kunde, 59-öz qapısına.

“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0
Qol:
Kapaldo, 88.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1
Qol: 
Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59.

“Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3
Qol: 
Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.

“Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1
Qol: 
Vlahoviç, 13 – Blas, 60.

“Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0
Qol:
 En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55.

“Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1
Qol:
Koates, 90+4 – Aşur, 77.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button