Azərbaycanlı hakimlər Türkiyədə 3 oyun idarə edəcək
Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FİFA referisi Fəridə Lütfəliyeva, həmçinin referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub. Onlar turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin