Məşhur futbolçu fasilədə porno izləyirmiş?

London “Arsenal”ının keçmiş müdafiəçisi Emmanuel Ebue sabiq həmklubu Emmanuel Adebayorun Andrey Arşavin haqda dediyi fikirlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Adebayor bildirmişdi ki, Arşavin futbol oyunlarının fasiləsi zamanı porno izləyirmiş. Ebue onun fikirlərinə belə münasibət bildirib:

“Nə axmaq iddiadır belə! Emmanuel belə şeyləri sevir. Arşavinlə bağlı belə hadisə ilə heç vaxt üzləşməmişəm”.

Rusiyalı keçmiş futbolçu Arşavin 2009-2013-cü illərdə “Arsenal”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button