“Martda bizi çətin oyun gözləyir” – Konte
“Tottenhem”in baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının 1/8 finalının “Milan”la görüşündən sonra (0:1) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cavab qarşılaşmasının çətin olacağını vurğulayıb:
“Martda bizi çətin oyun gözləyir. Buraxılan qoldan sonra daha yaxşı oynamalıydıq. Lakin çətin atmosferdə mübarizə apardıq. Unutmayaq ki, “Milan” keçən mövsüm İtaliya A Seriyasını qazanıb”.
“Tottenhem” – “Milan” cütünün cavab matçı martın 8-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin