“Liverpul” bizi boğmağa çalışırdı”
“Everton”un baş məşqçisi Şon Dayç İngiltərə Premyer Liqasının 23-cü turunun “Liverpul”la oyununu (0:2) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, futbolçularının taktiki qayda pozuntularına yol verdiyini dilə gətirib:
“Rəqibin qurduğu əks-hücumlar məni məyus etdi. Cordan Pikford səhvlər etdi. “Liverpul” bizi boğmağa çalışırdı. Onların hücumlarının qarşısını almaq üçün taktiki qayda pozuntularına yol verirdik. Keçən həftə “Arsenal”ı məğlub etdik. Azarkeşlərimizə səfər qələbəsi lazımdır”.
“Everton” İngiltərə çempionatının turnir cədvəlində 18 xalla 18-ci, “Liverpul” isə 32 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin