“Qarabağ” – “Gent”: Hakimlər məlum oldu
“Qarabağ”la Belçikanın “Gent” komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, oyun İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Məhəmməd Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin