“Ronaldo nümunəvi mərkəz hücumçusu idi”
Fransa millisinin sabiq yarımmüdafiəçisi Yuri Corkayeff braziliyalı keçmiş futbolçu Ronaldo haqda danışıb.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, o, Ronaldonu nümunəvi mərkəz hücumçusu adlandırıb:
“Ronaldo nümunəvi mərkəz hücumçusu idi. O, topu idarə edə bilir və heyrətamiz nəticələr göstərirdi”.
Ronaldo Niderlandın PSV, İspaniyanın “Barselona”, “Real”, İtaliyanın “İnter” və “Milan” klublarında forma geyinib. O, karyerası ərzində klub səviyyəsində 384 rəsmi oyuna çıxıb və 280 qol vurub.
Braziliya millisinin heyətində 2 dəfə dünya çempionu tituluna yiyələnən Ronaldo (1994 və 2002) meydana çıxdığı 98 matçda 62 qol vura bilib.
Ronaldo 1997 və 2002-ci illərdə “France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatını qazanıb.
Bizi Facebook-da izləyin