“Qarabağ”la oyun öncəsi “Gent”də daha bir itki

Belçikanın “Gent” klubunun müdafiəçisi Kamil Pyontkovski Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyunda komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, buna Polşadan olan 22 yaşlı futbolçunun zədələnməsi səbəb olub.

Belə ki, mərkəz müdafiəçi ötən gecə baş tutan Belçika çempionatının 25-ci tutunun “Vesterlo” ilə səfər oyununda (3:3) sıradan çıxıb. İkinci hissənin əvvəlində zədələnən futbolçu 52-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Xatırladaq ki, daha öncə “Gent”in hücumçusu Darko Lemayiçin zədə səbəbindən “Qarabağ”la hər iki oyunu buraxacağı açıqlanmışdı.

“Qarabağ”la “Gent” arasındakı ilk oyun fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 23-də Gentdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button