Azərbaycanlı boksçular qələbə ilə başladılar – Beynəlxalq turnirə
Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərindəki beynəlxalq turnirə qələbə ilə başlayıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, 54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsində slovakiyalı Tibor Katona ilə qarşılaşıb.
Döyüş Hüseynovun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə bitib. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) üz-üzə gələcək.
Yığmanın digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı məğlub edib. O, rəqibini (30:26, 30:26, 30:26, 30:26, 30:25) mübarizədən kənarlaşdıraraq, 1/4 finala adını yazdırıb. Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı mübarizəyə qoşulacaq.
Bizi Facebook-da izləyin