“Çelsi” istəyir, “İnter” satmır
“Çelsi” “İnter”in yarımmüdafiəçisi Nikolo Barella ilə maraqlanır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi oyunçunu “zadəganlar”a satmaq niyyətində deyil. Buna səbəb “İnter”in futbolçunun oyununu yüksək qiymətləndirməsidir.
Barella 2020-ci ildə “Kalyari”dən “İnter”ə keçib. Cari mövsümdə o, İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin