“Ferentsvaroş”dan Bundesliqa klubuna
Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Tunis yığmasının və Macarıstanın “Ferentsvaroş” klubunun yarımmüdafiəçisi Ayssa Laydunini transfer edib.
26 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detallaR isə açıqlanmayıb. Almanlar bu transfer üçün Macarıstan klubuna 4,1 milyon avro ödəyiblər.
Layduni peşəkar karyerasına Fransanın “Anje” klubunda başlayıb. Yarımmüdafiəçi bu ölkədə “Le-Erbye” və “Şambli” klublarında oynayıb. 2018-2020-ci illər aralığında Rumıniyanın “Voluntari” klubunda forma geyinmiş Layduni, “Ferentsvaroş”a da 2020-ci ildə məhz bu komandadan transfer olunub – 600 min avroya. Yarımmüdafiəçi “Ferentsvaroş”un heyətində meydana çıxdığı 103 oyunda 9 qol vurub, Tunis millisində isə 28 matçda 1 dəfə fərqlənib.
Bizi Facebook-da izləyin