Ukraynalı futbolçuya “bəy tərifi”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Aleksandr Zinçenkonun oyun tərzi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ukraynalı müdafiəçinin komanda üçün vacib olduğunu deyib:

“Zinçenko cinahda bizim istədiyimizi tətbiq edə bilən oyunçudur. O, bizim üçün vacib futbolçudur. Mentalitetini xüsusilə qiymətləndirirəm. Digər oyunçuları motivasiya edir, kuboklar qazanmaq istəyir, komandanın bir hissəsi olmaq üçün çalışır. Onun “Mançester Siti”də qazandığı təcrübə bizə çox kömək olacaq”.

Zinçenko 2022-ci ilin yayında “Mançester Siti”dən “Arsenal”a keçib. London təmsilçisi ukraynalı futbolçu üçün “şəhərlilər”ə 35 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button