FİFA Serbiya millisini cəzalandırdı

FİFA Serbiya milli komandasını cəzalandırıb.

Komanda.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların və yığma üzvlərinin Qətərdə keçirilən dünya çempionatında İsveçrəyə 2:3 hesabı ilə uduzduqları oyundakı nalayiq hərəkətləri səbəb olub.

Qərara əsasən, serblərin qarşıdakı ev matçında azarkeş məhdudiyyəti (25 faiz) tətbiq ediləcək. Həmçinin Serbiya Futbol İttifaqı 50 000 İsveçrə frankı məbləğində cərimələnib.

Xatırladaq ki, FİFA daha əvvəl mundialda Braziliya ilə oyundan (0:2) sonrakı siyasi qalmaqala görə də Serbiya millisinə sanksiya tətbiq etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button