Messi Ronaldonun çıxış etdiyi liqaya gedə bilər?
Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl İttihad” klubları PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messinin xidmətində maraqlıdır.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, hər iki klub 35 yaşlı hücumçu üçün hər mövsümə görə 350 milyon avro ödəməyə hazır olduğunu bildirib. Lakin onlar maliyyə yardımı üçün ölkə rəhbərliyinə müraciət etməyi düşünürlər.
Hər iki klub hələ də FIFA-nın sanksiyaları altındadır. Yol verdikləri qanun pozuntularına görə gələn yaya qədər müqavilə imzalaya bilmirlər.
Öncədən portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Hilal”ın əsas rəqibi “Əl Nəsr”lə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, 37 yaşlı hücumçu ildə 200 milyon avro alacaq. O, yanvarın 3-də klub oyunçusu kimi rəsmən təqdim olunub.
Bizi Facebook-da izləyin