Konte təsdiqlədi: Braziliyalı klubu tərk edəcək
“Tottenhem”in çalışdırıcısı Antonio Konte hücumçu Lukas Mouranın klubdan ayrılacağını təsdiqləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu ilə cari müqavilənin yenilənməyəcəyini deyib:
“Bu, klubun qərarıdır. Onun müqaviləsi yenilənməyəcək. Bu mövsüm Lukas Moura üçün çətin keçdi. Doğrusu, Lukas bu mövsüm planlarımızda yer alan oyuçulardan biri idi”.
30 yaşlı hücumçu 2018-ci ildən London təmsilçisinda çıxış edir. Onun klubla hazırki müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.
Lukas Moura bu mövsüm “Tottenhem”in heyətində 11 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin