Azərbaycan millisinin 2 üzvü Türkiyə klubunda
Qadınlardan ibarət Azərbaycanın millisinin 2 üzvü Türkiyədə legioner həyatı yaşayacaq.
Komanda.az xəbər verir ki, Fatimə Əhmədli və Milana Rəhimova Şırnakı təmsil edən “Nuhspor”a keçib.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Sözügedən kollektiv Türkiyə 1-ci Liqasında yarışır və Super Liqaya çıxmağa iddialıdır. Komanda 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin