Müller: “Noyerin başına gələnlər fəlakətdir”
“Bayern”in hücumçusu Tomas Müller Münhen təmsilçisinin qapıçıları ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Sven Ulrayx və Manuel Noyerin durumunu şərh edib:
“Ulrayx daha da inkişaf edəcək. Biz həmişə ona güvənə bilərik. Noyerin başına gələnlər fəlakətdir.
Qış transfer pəncərəsi uğurlu sözləşmələr üçün uyğun zaman deyil. Klub bütün qərarları qəbul etməyə hazırdır.
Bir neçə il öncə Ulrayxla birgə UEFA Çempionlar Liqasında çox uğurlu çıxış edə bilmişdik. Məncə, problem axtarmağa dəyməz. Hər şey qaydasındadır”.
“Bayern”in əsas qapıçısı Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.
Bundesliqa təmsilçisi qapıçı axtarışlarını davam etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin