Kadinin transferindən ilk klubu da qazanacaq
Kadi Borgesin transferindən əldə olunan 4,8 milyon avronun hamısı “Qarabağ”a çatmayacaq.
Komanda.az xəbər verir ki, məbləğin 5 faizə yaxını onu 2019-cu ilədək (12-23 yaş dövrü) yetişdirmiş “Koritiba” klubuna ödəniləcək. Bu da təxminən 200 min avro deməkdir.
Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges yeni klubunda 2 milyon avro qazanacaq.
O, “Qarabağ” formasıyla bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Kadi Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin