Ruslar özlərinə yeni sponsor axtarır
Rusiya Futbol İttifaqı 2023-cü ildə “Adidas” avadanlıqlarından istifadə etməyəcək.
Komanda.az TASS-a istinadən xəbər verir ki, milli komanda yeni texniki sponsorla anlaşacaq. Bu barədə ittifaqın prezidenti Aleksandr Dyukov məlumat verib.
Qurumun rəhbəri yeni tərəfdaşla danışıqların aparıldığını bildirib:
“Yeni tərəfdaş nə vaxt olacaq? Birinci rübdə. Hazırda bununla bağlı danışıqlar aparırıq”.
Rusiya Futbol İttifaqı 2008-ci ildən Almaniya şirkəti ilə əməkdaşlıq edir. 2021-ci ilin avqustunda tərəflər 2026-cı ilə qədər hesablanmış yeni müqavilə imzalasalar da, ötən ilin martında “Adidas” tərəfdaşlıq müqaviləsini birtərəfli dayandırıb. Buna baxmayaraq, milli komanda payızda bu təchizatçının avadanlıqları ilə üç yoldaşlıq oyununa çıxıb.
Fevralın 28-də UEFA və FİFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.
Rusiya yığması DÇ-2022-nin seçmə mərhələsinin pley-offunda iştirak etməyib.
Bizi Facebook-da izləyin