Dzekonun sirri
“İnter”in hücumçusu Edin Dzeko A Seriyasının 16-cı turunun “Napoli” ilə oyunundan (1:0) sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, komandasının qələbəyə layiqli olduğunu və özünün də uzun müddət yüksək səviyyədə oynamağa hazır olduğunu bildirib:
“Üç xallıq oyun idi. Biz bilirdik ki, “Napoli” çox yaxşı futbol oynayır, lakin onlara çox epizod yaratmağa imkan vermədik. Üç-dörd dəqiqəmiz oldu. Qələbəyə layiq idik.
Mənim sirrim? Çalışmağa davam edin, onda hər şey alınacaq. 36 yaşım var, amma oynamaq həvəsiylə doluyam”.
36 yaşlı hücumçu 2022/2023 mövsümündə “İnter”in heyətində bütün yarışlarda 22 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin