“Enfild Roud”da ilk 20 dəqiqə həmişə çox vacib olur” – Brendan Rocers
“Lester”in baş məşqçisi Brendan Rocers İngiltərə Premyer Liqasının 18-ci turunun “Liverpul”la matçından öncə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, son turdakı nəticədən sonra məyus olduğunu deyib:
“Məncə, “Enfild Roud”da ilk 20 dəqiqə həmişə çox vacib olur. Azarkeşlərin izdihamını və “Liverpul”un qələbə istəyini nəzərə almalıyıq. Düşünürəm ki, istənilən futbol matçında iki vacib nüans var: oyunun özü və inanc. Xüsusilə də, böyük komandalara qarşı meydana çıxanda həmişə özünə inanmalısan.
“Enfild”də oynamaq həmişə çətindir. Bu barədə məndən çox heç kim bilmir.
Son turda çox məyus oldum (“Lester” – “Nyukasl”, 0:3). Lakin bütün problemləri aradan qaldırmaq lazımdır. Bunu etmək üçün bizim çox yaxşı fürsətimiz var”.
“Lester” “Liverpul”la bu gün üz-üzə gələcək və oyun saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin