Milli üzvü “Ayaks”dan ayrıldı
Futbol üzrə Niderland millisinin müdafiəçisi Deyli Blind “Ayaks”dan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Təcrübəli müdafiəçinin klubla sözləşməsinin müddəti 2023-cü ilin yayında bitəcəkdi. Amma azad agent statusu alan futbolçu bu qış özünə yeni klub tapa biləcək.
Xatırladaq ki, Niderland klubunun yetirməsi olan Blind 2008-2014 və 2018-2022-ci illərdə məhz “Ayaks”da çıxış edib. O, bu klubun heyətində 333 rəsmi oyun keçirib və 13 qol vurub. Müdafiəçi bu mövsüm meydana çıxdığı 19 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraqlıdır ki, Deyli ilə yanaşı, onun atası Denni Blind də “Ayaks” rəhbərliyindəki vəzifəsindən ayrılıb. Futbolçunun atasının istefa səbəbləri açıqlanmayıb.
Bizi Facebook-da izləyin