İtaliya millisinin sabiq üzvü yenidən “Cenoa”ya qayıtdı
İtaliya yığmasının sabiq müdafiəçisi Domeniko Krişitonun yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən “Cenoa”ya qayıdıb.
O, bu ilin iyul ayında məhz “Cenoa”dan ayrılaraq “Toronto” ilə müqavilə bağlamışdı. Ötən ay MLS təmsilçisi ilə sözləşməsinə xitam verən futbolçunun karyerasını bitirməyə hazırlaşdığı iddia edilsə də, Domeniko bunu təkzib etmişdi. Artıq “Cenoa” ilə məşqlərə başlamış təcrübəli oyunçu, bu klubun yenidən A Seriyasına qayıtmasına kömək etmək istəyir.
Xatırladaq ki, ötən mövsümün sonunda A Seriyasını tərk edən “Cenoa” hazırda B Seriyasında 18 oyuna topladığı 30 xalla 20 iştirakçı aasında 4-cü pillədə qərarlaşıb.
Krişito məhz “Cenoa”nın yetirməsidir. O, “Yuventus” və “Zenit”də də oynayıb, İtaliya yığmasında isə 26 oyun keçirib.
Bizi Facebook-da izləyin