10-cü “sülh”
“Kəpəz” Azərbaycan kubokunda 10-cu səfər heç-heçəsinə imza atıb. Gəncə təmsilçisi 1/4 finalın cavab oyununda “Turan Tovuz”la “sülh”ə imza atıb – 2:2.
Komanda.az xəbər verir ki, bu, komandanın rəqib meydanındakı 51-ci matçına təsadüf edib.
“Kəpəz” kubokun tarixində səfərdə 10 və daha çox heç-heçə edən 5-ci komandadır. “Neftçi” (19), “Qarabağ” (18), “Şamaxı” (12) və “Bakı” (11) daha çox “sülh”ə nail olub.
“Kəpəz”in rəqib meydanındakı ilk heç-heçəsi 1993-cü il mövsümünün 1/32 finalında gerçəkləşib. “Nicat”la Bakıdakı matçda məhsuldar “sülh” qeydə alınıb – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin