Tovuzda dava

“Turan Tovuz”la “Kəpəz” arasında keçirilmiş Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra davaş düşüb.

Komanda.az xəbər verir ki, hakimin final fitindən sonra iki komandanın futbolçuları bir-birləri ilə dava ediblər.

Bu vaxt azarkeşlər meydana girməyə cəhd göstərsələr də, polislər onların qarşısını alıblar. Matçın baş hakimi bir neçə oyunçuya qırmızı vərəqə göstərib.

Oyun 2:2 hesabı ilə bitib. “Turan Tovuz” ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button