“Mənim üçün Messi minilliyin futbolçusudur” – Matteus
Almaniyalı sabiq futbolçu Lotar Matteus Argentina millisinin hücumçusu Lionel Messi haqda danışıb.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü Messini minilliyin futbolçusu adlandırıb:
“Son 17-18 ildə Messi oyunu ilə məni və digər futbol azarkeşlərini sevindirdi. Mənim üçün Messi minilliyin futbolçusudur”.
Bu gün DÇ-2022-də Argentina ilə Fransa arasında final oyunu keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin