“Səbail”in keçmiş futbolçusuna görə DÇ-2022-nin ən yaxşıları
2019-2020-ci illərdə “Səbail”in formasını geyinmiş Maykl Essyen DÇ-2022-nin ən yaxşı futbolçularının adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçi turnirdə hər mövqe üzrə ən yaxşı hesab etdiyi oyunçunu müəyyənləşdirib.
Onun fikrincə, ən yaxşı qapıçı Argentinanın qolkiperi Emiliano Martines, ən yaxşı müdafiəçi Fransanın müdafiəçisi Rafael Varan, ən yaxşı yarımmüdafiəçi isə İngiltərəli Çud Bellingemdir. Essyen DÇ-2022-nin ən yaxşı futbolçusu kimi Argentina yığmasının kapitanı Lionel Messinin adını çəkib.
DÇ-2022-nin final oyununda Fransa millisi Argentina ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin