DÇ-2022: Platini Makronun dəvətini qəbul etməyib

UEFA-nın keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun DÇ-2022-nin finalında iştirak etmək dəvətini qəbul etməyib.

Komanda.az “Europe 1”-ə istinadən xəbər verir ki, son günlərdə İsveçrənin Bellinzona məhkəməsi dələduzluq işi üzrə FİFA-nın keçmiş rəhbəri Yozef Blatter və Mişel Platiniyə bəraət verib.

Blatter 2015-ci ildə UEFA-nın o zamankı rəhbəri Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham edilirdi.

Platini 2007-ci ilin yanvarından 2015-ci ilə kimi UEFA-nın prezidenti olub. Əvvəlcə o, 90 gün vəzifəsindən kənarlaşdırılsa da, daha sonra 8 il müddətinə diskvalifikasiya edilib. Bu müddət sonra bu, 4 ilə endirilib.

DÇ-2022-nin final oyununda Fransa millisi Argentina ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button