Xarici KİV: De Byazi özünü polşalılara təklif edib
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.
Komanda.az “sport.pl”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis namizədliyini Polşa Futbol Assosiasiyasına təklif edib.
Polşa futbolunun rəhbərliyi müqavilə müddəti ilin sonuna qədər olan hazırkı çalışdırıcı Çeslav Mixneviçlə yeni müqavilə imzalanmayacağını bildirib. De Byazi isə AFFA ilə anlaşmasını 2023-cü ilin noyabrına qədər uzatmasına baxmayaraq, Polşa yığmasının baş məşqçisi olmaqda maraqlıdır.
2020-ci ildən Azərbaycan millisinin baş məşqçisi olan De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, Polşa Futbol Assosiasiyasının həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin