DÇ-2022: Oyun bitəndən sonra oğlunu və həyat yoldaşını düşünüb
Argentina millisinin müdafiəçisi Kristian Romero DÇ-2022-nin yarımfinal matçında Xorvatiyanı məğlub etdikdən sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk məqsədlərinə çatdıqlarını deyib:
“Biz ilk məqsədimizə nail olduq. Güclü olduğumuzu göstərdik. Final oyununda meydanda var gücümüzlə çalışacağıq. Final fitindən sonra hər matçda mənim üçün narahat olan oğlum və həyat yoldaşım haqda düşündüm”.
Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin