Adı Braziliya millisi ilə hallanan Ançellotidən yeni xəbər
“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasının “sükanı arxasına” keçməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis bütün diqqətini Madrid təmsilçisinə cəmləyib və müqaviləsinin sonuna qədər klubda qalmaq niyyətindədir.
Onun “kral klubu” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Daha öncə Braziliya Futbol Konfederasiyasının rəhbərliyinin Qətərdə keçirilən dünya çempionatı başlamazdan əvvəl Ançelotti və “Mançester Siti”sinin baş məşqçisi Xosep Qvardiola ilə əlaqə saxladığı bildirilirdi.
Braziliya millisi dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında (1:1, 2:4) məğlub olub. Bundan sonra baş məşqçi Tite postundan uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin