Pepenin qolunda sınıq aşkarlandı

Futbol üzrə Portuqaliya millisinin müdafiəçisi Pepenin qolu sınıb.

Komanda.az “Globo”ya istinadən xəbər verir ki, bu, DÇ-2022-nin 1/4 finalında Mərakeşə qarşı matçda baş verib.

39 yaşlı müdafiəçisi oyunu dirsək sümüyü və sol qolun sümüyünün sınığı ilə başa vurub. Pepenin sınığı Dohadakı xəstəxanalardan birində aparılan müayinələrdən sonra təsdiqlənib.

Xatırladaq ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button