Oyun zamanı infarkt keçirən baş hakim həyatını itirdi VİDEO

Boliviya çempionatının 25-ci turunda keçirilən “Olueys Redi” – “Oriente Petrolero” qarşılaşmasının baş hakimi Viktor Hurtado həyatını itirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb. Həkimlərin ilk müdaxiləsindən sonra ayılan Hurtado, dərhal xəstəxanaya aparılıb. Lakin orda da ikinci dəfə infarkt keçirən referinin həyatını xilas etmək mümkün olmayıb.

“Olueys Redi” klubunun ev oyunlarını keçirdiyi “El-Alto” stadionu dəniz səviyyəsindən 4150 metr yüksəklikdədir.

https://www.youtube.com/watch?v=vgFb5HJ4EB0
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button