Azərbaycanın şahmat komandası birinci oldu – Mahaçqalada
Dağıstanın paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan şahmat turniri sona çatıb.
Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, Azərbaycan komandası yarışın qalibi olub.
Turnirdə yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Şəmsi Qaraxanov və Atilla Orman iştirak ediblər.
Şahmatçılar fərdi nəticələrə görə də mükafat qazanıblar. Atilla Orman 3-cü, Nərmin Abdinova isə 4-cü lövhədə birinci yeri tutub. 1-ci və 2-ci lövhədə çıxış edən Xaqan Əhməd ilə Şəmsi Qəhrəmanov gümüş medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin