Messi rekorda şərik oldu
İspaniya La Liqasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, turniri çempion tamamlayan “Barselona”nın futbolçusu Lionel Messi isə bombardir olub. La Liqada 36 qol vuran argentinalı hücumçu, bununla da, yeni uğura imza atıb.
Belə ki, La Liqa tarixində 6-cı dəfə bombardir olan Messi, “Atletik”in keçmiş futbolçusu Telmo Zarranın rekorduna şərik çıxıb. Zarra 1940-1950-ci illər aralığında “Atletik” formasıyla 6 dəfə bombardir olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin