Kompani Belçikaya qayıdır

“Mançester Siti”dən ayrılan Vensan Kompaninin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, belçikalı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Bu barədə Kompani şəxsi “facebook” səhifəsində məlumat yayıb. 33 yaşlı futbolçu “Anderlext” klubunda həm oyunçu, həm də məşqçi olacaq. O, Belçika təmsilçisiylə 3 illik müqavilə imzalayıb.

2008-ci ildən “Mançester Siti”də forma geyinən Kompani, Premyer Liqa təmsilçisindən ayrıldığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button