DÇ-2022: “Çox kədərliyik”
Uels yığmasının kapitanı Qaret Beyl DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun İngiltərə ilə oyunu (3:0) barədə fikirlərini bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, pley-offa vəsiqə qazana bilmədikləri üçün kədərli olduğunu deyib:
“Dünya çempionatını tərk etdik. Çox kədərliyik. İndi Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşmalıyıq. Ümid edirəm ki, mən də bu yarışda komandanın bir parçası olacam. Gücüm çatdıqca oynayacam”.
Uels millisi 3 oyundan sonra qrupda 1 xalla dördüncü yerdə qərarlaşıb. Nəticədə, onlar növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin