Azərbaycan millisinin keçmiş üzvü futbolla vidalaşdı – Yeni işi məlumdur

Azərbaycan millisinin keçmiş üzvü Pərdis Fərcad-Azad futbolla vidalaşıb.

Komanda.az xəbər verir ki, o, 34 yaşında karyerasını başa vurub.

Son olaraq Almaniyanın 5-ci liqa klubu “CFC Herta”da çıxış edən keçmiş hücumçunun yeni işi də məlumdur. O, maliyyə məsləhətçisi kimi fəaliyyət göstərəcək. Pərdis investisiya, daşınmaz əmlak sahəsi, bank, sığorta, kredit kimi mövzularda məsləhətçi olacaq.

Azərbaycanda “Sumqayıt”, “Keşlə” (hazırkı “Şamaxı”), “Zirə” kimi klubların formasını geyinmiş sabiq futbolçu əsas millidə 6 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button