Almaniya klubunda işləyirdi – “Çelsi” ilə anlaşdı
“Leyptsiq”in keçmiş texniki direktoru Kristofer Vayvel İngiltərə klubunda çalışacaq.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Vayvel bundan sonra “Çelsi”də eyni vəzifəni icra edəcək.
O, oktyabrın 7-də Almaniya klubunu tərk edib. Vayvel 2020-ci ildən “Leyptsiq”də bu vəzifəni icra edib.
“Çelsi” İngiltərə Premyer Liqasında 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin