DÇ-2022-nin qalibi o komanda olacaq
Rəşad Ergün
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erva Renarın Argentinanı 2:1 hesabı ilə məğlub etdikləri oyunun fasiləsində futbolçularına dediyi sözlər mətbuata sızmışdı:
“Yəni siz hiss etmirsiz ki, biz bu oyunda qələbə qazana bilərik? Bunu hiss etmirsiz? Argentinalılar yarı güclə oynayırlar! Uşaqlar, bu, dünya çempionatıdır, bütün gücünüzü sərf edin!”
Dünya çempionatı bir aylıq marafondur və daha böyük komandalar güclərini qorumağa, balanslı şəkildə mübarizə aparmağa çalışırlar. Çempionatın əvvəlində zəiflərin güclüləri büdrətməsi, sürpriz nəticələrin qeydə alınması kimi hallar da daha çox buna görə olur. Zəiflərin itirəcəkləri bir şey yoxdur, ona görə də, hər oyuna son oyun kimi baxırlar. Braziliya, Fransa, Almaniya, İspaniya, İngiltərə, Argentina kimi komandalar üçün isə son oyun final oyunu sayılır.
Argentina millisi dünən Meksika ilə matça son oyun kimi yanaşdı və qələbə qazandı. Bu tempdə davam edə biləcəklərmi? Ağır və çətindir.
Daha güclü heyətlə yanaşı, daha çox qaçanın, mübarizə aparanın, daha gec yorulanın, daha dözümlü olanın olacaq dünya çempionatının kuboku.
Bizi Facebook-da izləyin