Sensasiyalı qələbənin iziylə – “Bir neçə telefon götürün və Messiylə şəkil çəkdirin!”

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erva Renar DÇ-2022-nin Argentina ilə oyununun fasiləsində futbolçularını qeyri-adi üsulla motivasiya edib.

Komanda.az xəbər verir ki, onun futbolçularına dediyi sözlər mətbuata sızıb. Mütəxəssis oyunçularını belə motivasiya edib:

“Messi topu meydanın mərkəzində qəbul edir və siz durub baxırsız! Bir neçə telefon götürün və onunla şəkil çəkdirin!

Yəni siz hiss etmirsiz ki, biz bu oyunda qələbə qazana bilərik? Bunu hiss etmirsiz? Argentinalılar yarı güclə oynayırlar! Uşaqlar, bu, dünya çempionatıdır, bütün gücünüzü sərf edin!”

Səudiyyə Ərəbistanı Argentina ilə oyunun ilk hissəsindən sonra hesabda 0:1 geridə olsa da, fasilədən sonra 2 qol vuraraq qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button