“Olimpiakos” Marselodan narazıdır
Yunanıstanın “Olimpiakos” klubu braziliyalı futbolçu Marselonun uzun müddət zədəsini bərpa edə bilməməsindən narazıdır.
Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin bu mövsüm hər matçda 30 dəqiqədən artıq oynaya bilməməsi klub rəhbərliyinin narazılığına səbəb olub.
Marselo bu mövsüm 5 matçda (ümumilikdə 121 dəqiqə) meydana çıxıb və qol vurmayıb.
Braziliyalı müdafiəçi sentyabrda “Olimpiakos”a qoşulub və klubla 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin