“Real” Bellingemi transfer edə bilməsə…
“Real” “Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingemin keçidini həll edə bilməsə, alternativ olaraq “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı transfer etməyi düşünür.
Komanda.az “fichajes.com”-a istinadən xəbər verir ki, 25 yaşlı belçikalının İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Futbolçu rəhbərliyə müqaviləni yeniləmək fikrində olmadığını bildirib.
Tilemans bu mövsüm “Lester”in heyətində bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin