DÇ-2022: “Argentina ilə eyni vəziyyətdə olmaq istəməzdik”

Fransa millisinin müdafiəçisi Benyamin Pavar DÇ-2022-nin ilk qrup matçında Avstraliya üzərində qələbəni (4:1) şərh edib.

Komanda.az GFFN-ə istinadən xəbər verir ki, müdafiəçi öncə Argentinanın Səudiyyə Ərəbistanı millisinə məğlubiyyəti (1:2) barədə danışıb:

“Argentinanın Səudiyyə Ərəbistanı ilə oyunda çətinlik çəkdiyini gördük. Argentina ilə eyni vəziyyətdə olmaq istəməzdik”.

Pavar Avstraliya ilə matçda hesabda geriyə düşdükləri zaman oyunçuların durumunu şərh edib:

“Biz yaxşı oynadıq. Oyunçular sakit idi. Hətta 0:1 hesabı ilə geridə olduğumuzda belə”.

D qrupunda Fransa liderlik edir (3 xal). Danimarka ikinci (1 xal), Tunis üçüncü (1 xal), Avstraliya isə sonuncu (0 xal) pillədə qərarlaşıb.

Noyabrın 26-da Fransa Danimarka ilə, Avstraliya isə Tunislə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button