Kroos İngiltərə nəhənginin təklifini qəbul etməyib

“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Mançester Siti”yə keçmək fikrində olmadığını bildirib.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, öncədən “Mançester Siti”nin 32 yaşlı almaniyalı futbolçuya illik 14 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilirdi.

Kroos 2014-cü ilin iyulunda “Real”a keçib. O, Madrid komandasının heyətində 383 oyuna çıxıb, 26 qol vurub və 87 məhsuldar ötürmə verib.

Kroosun paytaxt təmsilçisi ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button