“İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir”

“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti DÇ-2022-ni şərh edib.

İtaliya millisi pley-off mərhələsində Şimali Makedoniyaya uduzaraq (0:1) mundiala vəsiqə qazana bilməyib.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, keçmiş futbolçu maraqlı bənzətmə ilə diqqət çəkib:

“İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir. Bizim üçün qeyri-adi haldır. Bu, həqiqətən, pisdir. Baş verən hadisələri düzgün qəbul etmək lazımdır. Fərqli bir dünya çempionatı olacaq.

Favoritlərim çoxdur: Fransa, Braziliya, Argentina, Almaniya və İspaniya. Dünya çempionatında hər şey ola bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button