“Bu, futbola təhqirdir” – Sarri

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri DÇ-2022 səbəbindən yaranan fasiləni şərh edib.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis fasiləni bir səbəbdən müsbət dəyərləndirib:

“Mövsümün ortasında dünya çempionatına görə fasilə? Bu, futbola təhqirdir. Amma zədəli oyunçularımızı nəzərə alsaq, bu fasilə bizim üçün əlverişlidir”.

DÇ-2022 ilə əlaqədar olaraq, Avropanın digər çempionatlarında olduğu kimi İtaliya A Seriyasında da noyabr-dekabr aylarında fasilə nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button