Xames Rodriges ən yaxşı seçildi
“Olimpiakos”un yarımmüdafiəçisi Xames Rodriges oktyabr ayı üçün Yunanıstan çempionatının ən yaxşı oyunçusu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı kolumbiyalı futbolçu ötən ay 4 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.
Onun komandası 3 qələbə qazanıb, 1 məğlubiyyətlə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin